- Maraq dairəsi
- 15 Mart 2019 16:21
- 4 807
İnsan niyə ağlayır?
Varlı ölkələrdə ağlamaq faizi daha yüksəkdir.
Elm insanın ağlamasının səbəblərini necə açıqlayır? Ağlamağın xeyirləri nələrdir?
Aparılan bütün araşdırmalar qadınların kişilərdən daha çox ağladığını göstərir.
Psixoloq William Freyin 1982-ci ildə apardığı bir araşdırma qadınların ayda ortalama 3-5, kişilərin isə 1-3 dəfə ağladığını ortaya çıxarıb. Qadınların hər ağlaması ortalama 5-6 dəqiqə çəkərkən, kişilərdə bu rəqəm 2-3 dəqiqədir.
Hollandiyanın Tilberq Universitetinin psixoloqu A. Vingerhoets gözyaşını araşdıran nadir elm adamlarından biri olub. Onun araşdırmaları da göstərir ki, bu mövzuda qadınlarla kişilər arasında fərqlər mövcüddur. Lakin körpələrdə ağlamaq mövzusunda bir cinsiyyət fərqi yoxdur, belə ki, bütün körpələr eyni qədər və eyni məqsədlə - valideynlərin diqqətini çəkmək üçün ağlayırlar.
Bəs uşaqlıqdan yetkin insana keçid dövründə nə baş verir ki, ağlamaq mövzusunda qadın və kişilər arasında fərq yaranır? Burada həm də ayrı-ayrı ölkələrdə yaşamanın da rol oynadığı qeyd edilir. Belə ki, varlı ölkələrdə ağlamaq faizi daha yüksəkdir, bu da rifahın insanların hisslərini xaricə vurmalarına səbəb olduğunu göstərir.
Cavidan Mirzəzadə
AzNews.az