- Maraq dairəsi
- 8 Aprel 2019 13:52
- 4 387
4 min il yaşı olan şəhər tapıldı
Mütəxəssislər şəhərin Akkadlar dövrünə aid olduğunu düşünürlər
Fransa Milli Elmi Araşdırmalar Mərkəzi açıqlayıb ki, fransız arxeoloqlarının Zaqros dağları ətrafında - Süleymaniyyə şəhəri yaxınlığında apardıqları arxeoloji qazıntılar nəticəsində qədim şəhər tapılıb.
AzNews.az xəbər verir ki, mütəxəssislər şəhərin 4 min il əvvələ, bizə məlum olan ilk dövlət Akkadlar dövrünə aid olduğunu deyirlər.
Onların fikrincə, həmin şəhərdə lullubilər adlı xalq yaşayıb.
2012-2018-ci illərdə ərazidə aparılan qazıntılar nəticəsində 2 min il əvvələ aid sənət əsərləri də tapılmışdı
Cavidan Mirzəzadə
AzNews.az