- Maraq dairəsi
- 24 İyun 2019 17:19
- 4 540
Dünyanın hansı ölkələri ən qonaqpərvərdir - yeni reytinq
Tailand ən qonaqpərvər ölkə hesab olunub
Ekspertlər respondentlərdən xarici ölkələrdə necə qarşılandıqlarını Vətəndə olduğu ilə müqayisə edilməsini xahiş ediblər.
AzNews.az xəbər verir ki, Amerikanın onlayn otel saytı olan Booking.com dünyanın ən qonaqpərvər ölkələri haqda hazırladığı araşdırmaların nəticələrini dərc edib.
Belə ki, siyahıda birinci yeri Tailand tutub. Üçlüyə İndoneziya və Meksika da daxil olub.
İndoneziya
Rəyi soruşulanların təxminən 85 faizi, yəni 21,5 min nəfər hesab edir ki, Tailandda turistlərə xoş münasibət bəsləyirlər.
Reytinqin ikinci yerində 83 faizlə İndoneziya, üçüncü yerdə isə 77 faizlə Meksika qərarlaşıb.
Meksika
Beşlikdə Tayvanın (77) və Hindistanın (75) da adları var.
Otellərin internet-bronlaşdırılması sistemi sayılan Booking.com 1996-cı ildə Amsterdamda qurulub. 2005-ci ildə Avropa bazarına diqqət yetirən Amerikanın “The Priceline Group” şirkəti tərəfindən 133 milyon dollara alınıb. Şirkətin mənzil-qərargahı Niderlandın Amsterdam şəhərində yerləşir. Sayt 42 dil versiyası ilə işləyir.
Babək Göyüş
AzNews.az