- Maraq dairəsi
- 17 İyul 2019 12:59
- 4 075
Yemişin saymaqla bitməyən faydaları
Göz sağlığını və görmə bacarığını qoruyan beta-karoten tərkiblidir
Yayda ən çox istifadə olunan meyvələrdən biri də yemişdir. Bir çox meyvələr kimi yemişin də saymaqla bitməyən faydaları vardır.
AzNews.az bu faydalardan bir neçəsini sizin üçün araşdırıb:
Ürək və damar sağlığını qoruyur
Yemiş bir potasyum qaynağıdır, bu özəlliyi sayəsində ürək və damar sağlığını qoruyur. Bunun yanında vücuda zərər verən hipertansiyonun qarşısını alan sodiumla da zəngindir. Bol miqdarda olan folatlar isə ürək infarktının riskini azaldır, C vitamini isə alterlerin sərtləşməsinin qarşısını alır.
Xərçəngdən qoruyur
Tərkibində xərçənglə mücadilə etmək və vücuddan sərbəst radikalları fəalliyyətə gətirib atmaya yarayan beta-karoteni və C vitaminini yüksək miqdardadır. Bu da xərçəngin qarşısının alınmasına kömək edir.
Streslə mücadilə etməyə yardımçı olur
Potasyumun olması və ürək ritmini düzənləməsi ilə beyinə oksigen gedişini artırır. Bunun əlavə qan dövranını normaya salaraq sinir sisteminin rahatlamasına səbəb olur. Bunun nəticəsində stresdən qaynaqlanan hücrə ölümlərininin qarşısını alır. Həmçinin yemiş yuxusuzluq probleminə də yaxşı təsir edir.
Yemiş göz sağlığına da xeyirlidir
Göz sağlığını və görmə bacarığını qoruyan beta-karoten tərkiblidir. Tez-tez istifadə edərsəniz katarakta olma riskini 40 faiz azaltmış olacaqsınız.
Ağciyər sağlığını qoruyur
Siqaret bədəndəki A vitaminini azaldır. Yemiş də içindəki maddələrlə A vitamini əksikliyini aradan qaldırır.
Kilo verməyi asanlaşdırır
Yemiş lif qaynağıdır. Uzun müddət aclıq hissini təbii yollarla basdırmanıza yardımçı ola bilər.
Yemiş həmçinin siqareti atmağınıza da kömək edir
Tərkibindəki maddələr vicuddakı nikotin əksikliyini hiss etdirmir.
Yemiş həmçinin saç sağlığı üçün də faydalıdır
Saç tökülməsinin qarşısını alır, saçların daha gur və sağlam olmasına səbəb olur.
Səidə Vahid
AzNews.az