- Maraq dairəsi
- 30 Avqust 2019 15:38
- 5 571
Ət məhsullarını bişirməzdən əvvəl yumalıyıqmı?
Çirkli hissələri yumaq əvəzinə kəsib atmaq olar
Demək olar ki, əksəriyyətimiz əti bişirməzdən əvvəl mütləq yuyuruq. Amma bunun doğru olub olmadığı nə dərəcədə düzgündür?
AzNews.az xarici mətbuata istinadən sizə bu haqda məlumat verəcək:
Balığı çiy yeməyəcəksinizsə, yumağınıza ehtiyac yoxdur. Çünkü yüksək tempuraturda bişən balığın bakteriyaları ölür. Üstəlik balığı yuduqda mətbəxin hər yerinə bakteriya yayılma riski yaranır. Ancaq balığı hazırladıqdan sonra əllərinizi, bıçağınızı və doğrama taxtanızı çox yaxşı yumanız vacibdir.
Bir çoxumuz vərdiş etdiyimiz üçün toyuğu bişirmədən öncə suda yuyuruq, ancaq bu yanlış bir hərəkətdir. Toyuğu yaxşı bişirmək yetərlidir. Çünkü toyuqda olan bakteriyalar bişəndə ölür. Yuduqda o bakteriyaları mətbəxin digər yerlərinə də yaymış oluruq. Ancaq çiy toyuğa dəyən əllərin, bıçaq, doğrama taxtası və digər əşyaların yaxşı yuyulması şərtdir.
Dana və quzu ətləri də eyniylə toyuq əti kimidir. Əsasən çirkli yerlərə təmas edən ətləri yuyub təmizlədiyimizi düşünürük. Ancaq yuma çirklənən hissələrdəki bakteriyaları hər yerə yaydığı kimi bakteriyaların çoxalmasına da zəmin yaradır. Bu səbəbdən çirkli hissələri yumaq əvəzinə kəsib atmaq olar.
Səidə Vahid
AzNews.az