- Maraq dairəsi
- 9 Sentyabr 2019 14:03
- 6 100
Sabunun bilmədiyimiz faydaları
Böcəyin dişlədiyi yeri yaş sabunla ovxalayın
Maye sabunlar populyar olandan bir küncdə unutduğumuz qatı sabunların əslində bilmədiyiniz bir çox faydası var.
AzNews.az bir sabunun bizə məlum olmayan faydalarını sizə təqdim edir:
Sıxan ayaqqabılara
Ən çox pul xərclədiyimiz şeylərdən biri də ayaqqabılarımızdır. Yenə ən cansıxıcı şeylərdən biri də ayaqqabının ayağınızı vurmasıdır. Bəs sabunla bunun qarşısını ala biləcəyinizi bilirdiniz? Edəcəyiniz tək şey ayaqqabının arxa hissəsinə sabun sürtməkdir.
Zərərli böcəklər
Baxçanızdakı zərərli böcəklərdən xilas olmaq üçün kimyəvi maddələr istifadə etmək məcburiyyətində deyilsiz. Qoxusu ağır olan sabunları rəndələyib baxçaya səpməniz yetərlidir.
Zəncirbəndlər üçün
İlişən zəncirbəndlər bizi bezdirir. Bunun da qarşısını sabunla almaq mümkündür. Bərk zəncirbəndləri asan yolla açmaq üçün ilişən yerin önünə və arxasına sabun sürtmək kifayət edir.
Böcək dişləməsi
Böcək dişləməsi hamının əziyyət çəkdiyi bir şeydir. Amma bunun da qarşısını sabunla ala bilərsiniz. Böcəyin dişlədiyi yeri yaş sabunla ovxalayın. Ağrının azaldığını hiss edəcəksiniz.
Eynək və şüşələrə
Eynək taxanlar şüşə buxarlanmasının nə qədər sinir pozucu olduğunu bilirlər. Bir çoxları yanlış üsullarla qarşısını almağa çalışırlar. Edilməsi lazım olan şey isə şüşələrin sabunla sürtülməsi və quru, təmiz parça ilə silinməsidir.
Eyni şeyi güzgülərə də edə bilərik.
Səidə Vahid
AzNews.az