Linki sıxarkən sosial şəbəkənin həqiqi olmayan pəncərəsi açılır Linki sıxarkən sosial şəbəkənin həqiqi olmayan pəncərəsi açılır

“Instagram” istifadəçilərinə xəbərdarlıq edildi – Akkauntunuz sındırılır

Linki sıxarkən sosial şəbəkənin həqiqi olmayan pəncərəsi açılır

Kibertəhlükəsizlik üzrə mütəxəssislər “Instagram” səhifəsini sındırmağın yeni üsulunu müəyyən ediblər.

AzNews.az-ın məlumatına əsasən, bu barədə “Naked Security” şirkətinin saytında bildirilib.

Belə ki, dələduzlar “Instagram” akkauntu sındırmaq üçün istifadəçilərin elektron ünvanına məktub yollayır. İsmarışda bildirilir ki, sosial şəbəkənin səhifəsi istifadəçi tərəfindən intellektual mülkiyyət hüquqları pozulduğu üçün 24 saatdan sonra bağlanacaq və bunun baş verməməsi üçün məktubda göstərilən “Copyright Objection Form” aktiv linki vasitəsilə “pozuntudan” şikayət etmək təklif olunur. Onun üzərinə sıxarkən sosial şəbəkənin həqiqi olmayan pəncərəsi açılır və istifadəçilərin özləri burada bütün məlumatlarını yerləşdirirlər və beləliklə də, dələduzların işini asanlaşdırmış olurlar.

Mütəxəssislər qeyd edirlər ki, link həqiqi “Instagram”da olduğu kimi “com”deyil, “cf”sonluğu ilə bitən ünvana açılır. Elə məktubun özündə də xeyli sayda qrammatik səhvlər var.

Mütəxəssislər dələduzların qurbanı olmamaq üçün ikifaktorlu autentifikasiyadan istifadə etməyi məsləhət görürlər.

AzNews.az