Nematodların əksəriyyətinin yumurta qoymaqlarına baxmayaraq, bu qurdlar diri bala doğurlar Nematodların əksəriyyətinin yumurta qoymaqlarına baxmayaraq, bu qurdlar diri bala doğurlar

ABŞ-da üçcinsli qurd aşkar edildi

Nematodların əksəriyyətinin yumurta qoymaqlarına baxmayaraq, bu qurdlar diri bala doğurlar

Kaliforniya Texnologiya İnstitutunun alimləri Mono gölündə üç cinsə malik olan qurd növü aşkar ediblər.

AzNews.az bildirir ki, yeni növü alimlər “Current Biology” jurnalında təsvir ediblər.

Mono olduqca duzlu və demək olar, sakinləri olmayan göldür. Tədqiqatçılar onda 8 növ mikroskopik qurd aşkar ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, onlardan biri - “Auanema sp.” – üç cinsiyyətə malikdir. Bundan başqa o, sıçan zəhərinə qarşı insandan 500 dəfə daha dözümlüdür.

Adətən, nematodlar erkək, yaxud da hermafrodit olurlar. Lakin “Auanema sp.”də qadın cinsi də var. Məlum olub ki, nematodların əksəriyyətinin yumurta qoymaqlarına baxmayaraq, bu qurdlar diri bala doğurlar.

Tədqiqatçıların qənaətinə görə, bu qeyri-adi xüsusiyyət təsadüf deyil, ekstremal şəraitə adaptasiyanın nəticəsidir.

AzNews.az