- Maraq dairəsi
- 1 Oktyabr 2019 11:36
- 4 862
İnanılmaz arxeoloji kəşflər - FOTO
Bir mağarada eynı ailə üzvlərinə aid 8 mumiya tapılıb
Dünyanın müxtəlif yerlərində aparılan arxeoloji qazıntılarla ortaya çıxanlar insanı heyrətə gətirir. Min illik qalıqların arasından tapılan fironlardan 544 yaşlı uşağa qədər elə təəccüblü şeylər var ki…
AzNews.az xarici mətbuata istinadən həmin heyrətamiz qalıqları təqdim edir:
Danimarkanın şimal qütbünə yaxın Qrinlandiyada qayalıq ərazidə yer alan bir mağarada eynı ailə üzvlərinə aid 8 mumiya tapılıb. Mumiyaların ən kiçiyi 6 aylıqdır. 1475-ci ildə mağaraya yerləşdirilən mumiyalar, bölgədəki dondurucu soyuq səbəbi ilə son dərəcə yaxşı qorunub.
Misirdə 2017-ci ildə 4 min illik bir məzar tapılıb. Məzarın Firon Ameny Qemaunın qızı şahzadə Hatshepsetə aid olduğu məlum olub. Məzardakı taxta qəbir oğrular tərəfindən parçalanıb. Mütəxəssislər 2 il boyunca çalışaraq qırıq parçaları tək-tək bir araya gətirib.
37-41 illər arasında iqtidarda olan Roma imperatoru Caligulanın tək parçadan ibarət olan 2 min illik safir üzüyü auksiona çıxarılır.
Üzərində Caligulanın dördüncü və son arvadı Caesonianın fiqurunun işləndiyi üzüyün ilk qiyməti 750 min dollardır.
Səidə Vahid
AzNews.az