- Maraq dairəsi
- 16 Oktyabr 2019 11:43
- 5 125
Parisdə “göydən gələnlər” hərraca çıxarılır
Hərracadək bütün lotlar iki gün ərzində Druo hotelində nümayiş olunacaqlar
Parisdə oktyabrın 21-də Yerə düşən kosmik obyeklərin böyük sərgisi hərraca çıxarılacaq.
AzNews.az-ın məlumatına əsasən, bu barədə “Lucien” hərrac evinin saytında bildirilir.
Hərracın əsas lotu 364 kq çəkili Mon Dye meteoritidir. O, yerə XIX əsrin sonunda düşüb və Fransa ərazisində tapılan üçüncü ən iri meteoritdir. Ekspertlər bildirirlər ki, belə bir kosmik obyektin qiyməti 80 min avrodan 120 min avroyadəkdir.
Hərracadək bütün lotlar iki gün ərzində Druo hotelində nümayiş olunacaqlar.