"Diqqətli olmağınızı, belə kodlar gələndə heç kimlə bölüşməməyinizi məsləhət görürəm” "Diqqətli olmağınızı, belə kodlar gələndə heç kimlə bölüşməməyinizi məsləhət görürəm”

“Whatsapp”ınız oğurlana bilər - Texnobloger

"Diqqətli olmağınızı, belə kodlar gələndə heç kimlə bölüşməməyinizi məsləhət görürəm”

“Yerli “Whatsapp” istifadəçilərinə kiber təxribatlar var. Whatsapp hesabınız elə keçirilə bilər. Bəs proses necə baş verir?"

AzNews.az xəbər verir ki, bu haqda texnoblogger Fərid Pərdəşunas məlumat paylaşıb.

Onun sözlərinə görə, təxribatı törədən şəxs sizin nömrəniz ilə başqa telefonda “Whatsapp”dan qeydiyyatdan keçir: “Bu zaman sizin smartfona təsdiqləmə kodu gəlir. Çox adam bu koda fikir vermir. Üstündən az bir müddət keçməmiş sizin “Whatsapp” nömrənizə başqa bir Azərbaycan nömrəsindən mesaj gəlir ki, "əlim dəydi səhvən sizin nömrəyə getdi kod, zəhmət olmasa o kodu mənə göndərə bilərsiniz?" Beləliklə siz o kodu göndərən zaman, qarşı tərəfə öz "Whatsapp" hesabınızı öz əllərinizlə vermiş olursunuz. Bura qədər hər şey bəsitdir. “Kim bunu edər” deyirsiniz? Amma təxribat zəncirvaridir. Bir nəfərin “Whatsapp”ı ələ keçəndən sonra artıq həmin adamın nömrəsindən onun tanışlarına yazılmağa başlanır ki, qardaşım bəs sənə kod göndərdim, əlim dəydi səhvən. Onu göndər mənə. Məsələn, əgər mənim “Whatsapp” hesabım oğurlanıbsa, bundan sonra mənim tanışlarıma hücum olunur. Tanışlarım da mənə güvəndiyi üçün kodu mənə verirlər. Bu məşhur sosial mühəndislik nümunəsidir. Hal-hazırda zərər çəkənlər var. Diqqətli olmağınızı, belə kodlar gələndə heç kimlə bölüşməməyinizi məsləhət görürəm”.

Səidə

AzNews.az