Etnadan sonra İtaliyada Stromboli vulkanı aktivləşdi

Siciliya adasında son bir neçə gündə vulkanik fəaliyyətlərin artdığı, dünən lava və kül püskürmələrinin ən yüksək həddə çatdığı Etnadan sonra ölkənin cənubundakı başqa bir aktiv vulkan olan Strombolidə də vulkan partlayışlarının baş verdiyi bildirilib.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) paylaşdığı məlumatda Stromboli vulkanının yaydığı külün təxminən 2 kilometr yüksəkliyə çatdığı qeyd edilib.

Baş nazirlik Mülki Müdafiə İdarəsi tərəfindən X platformasında edilən paylaşımda Strombolidəki sıx vulkanik aktivliyə görə həyəcan səviyyəsinin "qırmızı" ilə ən yüksək səviyyəyə qaldırıldığı açıqlanıb.

Bildirilib ki, Mülki Müdafiə Baş direktoru Fabrizio Kursio adada yaşayan insanları vulkanın təsirindən qorumaq üçün atılan addımları qiymətləndirmək və vəziyyəti izləmək üçün fövqəladə əməliyyatlar komitəsini toplayıb.

Digər tərəfdən, vulkanik fəaliyyəti dünən gün ərzində ən yüksək həddə çatan və təxminən 4,5 kilometr hündürlüyə çatan Etna dağından çıxan kül və tüstü buludu hava nəqliyyatına da təsir edib.

Mövsüm

Aznews.az