İlon Mask 235 mlrd. dollar sərvətlə dünyanın ən zəngin şəxsidir

“X” və “Tesla” şirkətlərinin sahibi İlon Mask 235 milyard dollar sərvətlə dünyanın ən zəngin şəxsidir.

Aznews.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin bu gün dünyanın ən zəngin iş adamları ilə bağlı dərc etdiyi yeni siyahıda bildirilib. Amerika onlayn pərakəndə satış şirkəti "Amazon"-un yaradıcısı Ceff Bezos ikinci yeri tutmaqda davam edir. Onun sərvəti 193 milyard dollar qiymətləndirilir.

Ads by

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Ads by

5

Reklamınızı SmartBee ilə effektiv edin.

"Meta" korporasiyasının rəhbəri Mark Zukerberq isə 188 milyard dollar sərvətlə üçüncü yerdə qərarlaşıb

Siyahıda ümumilikdə, planetin 500 ən zəngin şəxsinin adı daxil edilib.