Qaraciyər yağlanmasından necə xilas olaq?

Zəiflik, qarında şişkinlik, qarın ağrısı, iştahsızlıq və yorğunluq qaraciyər yağlanmasının əsas əlamətləri arasındadır. Yağlı qaraciyər üçün ümumiyyətlə müntəzəm idman, pəhriz və meyvə-tərəvəz kimi qidaların qəbulu tövsiyə olunur. Yağlı qaraciyər problemi, qaraciyər hüceyrələrinin lazım olduğundan daha artıq yağ toplaması zamanı meydana gələn bir sağlamlıq problemidir.

Aznews.az xarici mediaya istinadən xəbər verir ki, səbəbləri və əlamətləri insandan insana dəyişə bilən qaraciyər yağlanması insanın həyat keyfiyyətinə mənfi təsir edir. Həddindən artıq spirtli işki qəbulu və artıq çəki səbəbiylə meydana gələn yağlı qaraciyər vəziyyətində, çəki itirmək və spirt istehlakının azaldılması, ümumiyyətlə, müntəzəm idman və pəhriz tövsiyə olunur.

Qaraciyər yağlanması xəstəliyi olan hepatosteatoz qaraciyər hüceyrələrində yağ yığılması ilə xarakterizə olunur. Metabolik sindrom və ya həddindən artıq spirt istehlakı səbəbindən siroza çevrilə bilər.

Bu xəstəliyin müalicəsi üçün hansı üsullar və məsləhətlər var?

Ediləcək ilk şey tərkibində fruktoza və ya qlükoza olan bütün sənaye qidalarını həyatınızdan tamamilə çıxarmaqdır.

Təbii müalicə kimi tanınan qida əlavələrinin qəbulu da qaraciyər yağlanması ilə mübarizədə əhəmiyyətli dərəcədə kömək edir. Müalicəni B vitamini ilə dəstəkləmək olar.

AzNews.az

NURAY