- Maraq dairəsi
- 6 Dekabr 16:15
- 11 785
NASA-nın "Artemida Proqramı" daha sonrakı bir tarixə təxirə salınıb
NASA, Artemida Proqramı çərçivəsində Aya dönüş tarixlərinin kosmos kapsulundakı problemlər səbəbiylə təxirə salındığını açıqlayıb.
Bu barədə ABŞ Aeronavtika və Kosmos Agentliyinin (NASA) prezidenti Bill Nelson mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.
Nelson, Artemida Proqramı çərçivəsində 1972-ci ildən bəri ilk ekipajlı Ay missiyası olan Artemida II-nin 2025-ci ilin sentyabrından 2026-cı ilin aprelinə təxirə salınacağını, 2026-cı ildə Aya enməsi planlaşdırılan Artemida III missiyasının 2027-ci ilə təxirə salındığını bildirib.
“ZAMAN LAZIMDIR "
Gecikmələrin 2022-ci ildə Artemida I sınaq uçuşu zamanı ekipajsız atılan Orion kapsulunun istilik qoruyucusunda meydana gələn problemlərlə əlaqədar olduğunu ifadə edən Nelson, “Orion kapsulunun yaxşı olduğundan əmin olmalıyıq. Astronavtlarımızı təhlükəsiz şəkildə kosmosa aparmağa və onları Yerə qaytarmağa hazır olması üçün zamana ehtiyacımız var", - deyə qeyd edib.