İtaliyada 3 gündür mağarada qalan qadın xilas edilib

İtaliya xilasetmə əməliyyatından danışır.

Milli mətbuatda yer alan xəbərə görə, Abisso Bueno Fonteno mağarasında yıxılaraq yaralanan və sıxışan speleoloq Ottavia Piana dekabrın 14-də mağaranın araşdırılmamış sahələrinin xəritəsini çəkmək üçün 7 nəfərlik bir qrupla mağaraya daxil olub.

Piana axşam saatlarında mağaranın çıxışına gedərkən 4 saatlıq piyada yolunda yıxılaraq yaralanıb.

Komanda yoldaşlarının xilasetmə qruplarına xəbər verməsi ilə başlayan iş bu gün yekunlaşıb.

Xilasetmə qruplarının 3 günlük çalışması nəticəsində yerli vaxtla saat 03:00 radələrində yaralanan Piana mağaradan çıxarılıb.

Qabırğalarında, üz sümüklərində və dizində sınıq olduğu bildirilən Piana mağaradan çıxarıldıqdan sonra vertolyotla Berqamodakı xəstəxanaya aparılıb.

Milli Alp Dağları və Mağaralarda Xilasetmə Dərnəyinə bağlı qruplar xilasetmə əməliyyatından sonra verdikləri açıqlamada bu işin mürəkkəb və çətin şəraitdə aparıldığını və mağaranın bəzi nöqtələrində sürüşmə risklərin olduğunu bildiriblər.

Komandalar mağaranın içərisinə yerləşdirdikləri simli telefon vasitəsilə əməliyyat boyu Piana ilə əlaqə saxladıqlarını qeyd ediblər.

Həmçinin bildirilir ki, mağaraçılıq üzrə təlimatçı olan 32 yaşlı Piana keçən il oxşar problemlə üzləşmişdi. Eyni mağarada 150 metr dərinliyə düşən Piana ayağı qırılaraq təxminən 40 saat qaldıqdan sonra çıxarılıb.

Mövsüm

Aznews.az