- Maraq dairəsi
- 30 Dekabr 2024 07:14
- 4 419
Hindistanda 3 yaşlı qız bir həftədir quyuda yaşayır
Hindistanda xilasedicilər bir həftəyə yaxındır ki, şimal-qərbdə yerləşən Racastan ştatında quyuya düşən qızı xilas etməyə çalışırlar.
AzNews.az xəbər verir ki, bu barədə “India Times” qəzeti yazıb .
Quyuya düşən üç yaşlı Çetnanın xilas edilməsi əməliyyatının altıncı gündür davam etdiyi məlum olub. Qız yerin 45 metr altında, dərinliyi 200 metrdən çox olan quyuda tapılıb. Çetna adlı qız təxminən 130 saat yeməksiz qalıb və beş gün ərzində heç bir hərəkət əlaməti göstərməyib.
Hazırda xilasetmə əməliyyatı son mərhələdədir. Mütəxəssislər yerin 50 metrdən çox dərinliyini qazaraq Çetnanın düşdüyü quyuya tunel atmağa çalışırlar.
AzNews.az