Ağcaqanadları öldürənlərə pul mükafatı veriləcək

Filippininin paytaxtı Manilanın əhali sıxlığına görə ən iri yaşayış məntəqələrindən sayılan Baranqayda yerli hökümət kuryoz bir qərar qəbul edib.

Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, yaşayış məntəqəsinin inzibati rəhbəri Karlito Sernal hər öldürülmüş beş ağcaqanada görə bir peso (0.00010 AZN-red) məbləğində mükafat təyin edib.

Məmur bildirib ki, əsas daşıyıcıları ağcaqanadlar olan dang virusuna kütləvi yoluxma hallarına qarşı mübarizə məqsədilə belə bir qərar qəbul edib.

Qeyd edək ki, pul mükafatı hər növ ağcaqanada tətbiq olunur.