İnsan alveri, narkotik qaçaqmalçılığı, silah satışı... İnsan alveri, narkotik qaçaqmalçılığı, silah satışı...

Dağlıq Qarabağdakı cinayətlərin ifşa şoku

İnsan alveri, narkotik qaçaqmalçılığı, silah satışı...

Bu həftə Britaniyalı yazıçı-araşdırmaçı Harrold Keyn müəllifi olduğu Dağlıq Qarabağdakı qanunsuz fəaliyyəti ifşa edən şok detalları açıqladığı kitabı təqdim edib.

AzNews.az narcokarabakh.net-ə istinadən xəbər verir ki, bu Narko-Qarabağ (Narco-Karabakh) adı altında buraxılan Qafqaz regionunun sərhədlərini aşan, beynəlxalq cəmiyyət üzərində dərin təsirləri olan Dağlıq Qarabağda baş verən cinayətlərin kataloqudur.

Keyn həftələrlə özünü turist kimi apararaq Qafqazı, Ermənistan və Dağlıq Qarabağı gəzib. Səfəri zamanı o, insan alveri ilə məşğul olan, narkotik qaçaqmalçılığı, qanunsuz silah satışı həyata keçirən, genişmiqyaslı təbii resursları mənimsəyən insanlarla tanış olub.

Kitabda müəllifi şoka salan hadisələr təfərrüatı ilə qeyd olunub.

Fəridə Abdulla

AzNews.az