- Mədəni adam
- 5 Oktyabr 2018 11:18
- 6 518
“Belə hoqqalarımız çox olacaq” – Ayxan Ayvaz #heryeredebiyyat-dan danışdı

“Hələ çox belə hoqqalarımız olacaq, indidən deməyim”
Bu sözləri AzNews.az açıqlamasında gənc yazar Ayxan Ayvaz söyləyib.
O bildirib ki, #heryeredebiyyat kampaniyası son vaxtlar ədəbiyyatdakı durğunluğu aradan götürmək üçün başladılıb:
"Mən bir status yazdım. Yazdım ki, ədəbiyyatımızda durğunluqdur, gəlin əl-ələ verək mədəni aksiya keçirək. Yazar dostlardan dəstək gəldi və biz görüşdük. Qərara gəldik ki, kreativ formada ədəbiyyatı təbliğ edək. Üzvlər var aramızda. Hələ açıqlamıram. Əsasən gənc yazarlardı. Yaşlı nəsildən də dəstək alacağıq. Həştəq hələ ilk addım idi. Çox yaxşı nəticə verdi. Məqsəd hələ də ədəbiyyatın var olduğunu göstərməkdi. Hamını dəstəyə çağırıram”.
Qeyd edək ki, bir qrup gənc yazar tərəfindən sosial şəbəkələrdə #heryeredebiyyat həştaqı yaradılıb. Bu həştaq altında ədəbiyyatla bağlı statuslar, videolar paylaşılır.
AzNews.az