- Mədəni adam
- 7 Noyabr 2018 10:00
- 2 923
“Yaradan uşaqlar” layihəsinin saytı təqdim edildi
Uşaqlarla qrup və fərdi şəkildə dərslər keçilir
Baku Crystal Hall-da YARADAN yaradıcılıq birliyinin "Yaradan Uşaqlar" və www.yaradanproject.az saytının təqdimatı keçirilib.
AzNews.azın verdiyi məlumata görə layihənin əsas məqsədi məhdud fiziki imkanları olan, aztəminatlı ailələrdən, sığınacaqda və internatda yaşayan 12-16 yaş arasındakı uşaqların bacarıqlarının inkişafı və həyata keçirilməsi üçün şərait yaratmağa və onlara cəmiyyətə uyğunlaşmağa kömək etməkdir.
Layihə rəhbəri Nigar Rzayeva bildirib ki, layihəyə başladıqlarında onları nə gözləyəcəyini bilməyiblər: “İndi isə, çətin bir taleyi və ağır yükü olan uşaqlar üzlərində xoşbəxt bir təbəssüm və sevgi ilə dolu bizim qucaqlarımıza qaçır və bilik yolunda daha da irəliyə getməyə hazır olduqlarını ifadə edirlər. Bu an başa düşürük ki, hər şeyi düzgün etmişik, və layihəmiz daim yaşamalı və genişlənməlidir".
Layihəyə 2018-ci il yanvar ayında start verilib. Uşaqlarla qrup və fərdi şəkildə dərslər keçilir. Dərslər standart təhsil kurslarından və məktəb dərslərindən fərqlənir.
İlin yekunu olaraq 2019-cu ilin mart ayında "Yaradan uşaqlar"-ın birgə işlərindən ibarət tədbir keçiriləcək. Bu tədbirə rəsm əsərləri sərgisi, film, fotoqrafiya, kitab, oyun, musiqi və s. daxildir. Bütün iştirakçılar – həm böyüklər, həm uşaqlar bir mövzu üzrə (“İz”) öz işlərini təqdim edəcəklər.
Layihədə 12 uşaq və 15 böyük iştirak edir. Böyük iştirakçılar üç qrupa bölünür: yaradıcı (rəssam, musiqiçi, yazıçı, fotoqraf, rejissor, rəqqas, qida üzrə ustad), pedaqoji (müəllim—psixoloqlar) və təşkilati-inzibati. Layihədə iştirak edənlərin hamısı könüllülərdir.
https://www.youtube.com/watch?v=PqKYCnl0Epg
AzNews.az