- Mədəni adam
- 12 Mart 2019 11:01
- 4 835
Canım Prezidentim, sizə təşəkkür edirəm - Afaq Bəşirqızı
Hər şeyi Prezidentin öhdəsinə buraxmaq olmaz, biz ona kömək etməliyik.
“Canım Prezidentim, maaşların artırılması aktyorlara, mədəniyyət adamlarına, incəsənətə olan diqqətinizin nəticəsidir. Sizə təşəkkür edirəm”.
Bunu AzNews.az-a xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı Prezident İlham Əliyevin aktyorların maaşlarının 50 % qalxması ilə bağlı sərəncamını şərh edərkən deyib.
O bildirib ki, bütün aktyorlar bu bayramı sevinc hissləri ilə qarşılayacaq:
“Bilmirəm, fikirlərimi necə izah edim, prezidentə həddindən artıq minnətdaram. Aktyorlar bu günə kimi də həmişə dövlətin diqqətində olub. Amma sayılan-seçilənlər var idi İndi sərəncamın bütün aktyorlara şamil olunması böyük xoşbəxtlikdir. Bu sərəncamı eşidəndə ağladım. O qədər sevindim, fərəhləndim ki… Biz işləməliyik. Hər şeyi prezidentin öhdəsinə buraxmaq olmaz, biz ona kömək etməliyik. Bu sərəncama görə, bütün aktyorları təbrik edirəm. Bu bayramda bütün aktyorların evində sevinc hissləri yaşanacaq”.
Qeyd edək ki, prezident İlham Əliyev "Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin ediləcək.
Xatırladaq ki, bir neçə gün öncə prezident İlham Əliyevin incəsənət adamları ilə keçirdiyi görüşdə xalq artisti Afaq Bəşirqızı çıxışında aktyorların maaşlarının az olması məsələsini gündəmə gətirmişdi.
Bahar RÜSTƏMLİ
AzNews.az