Dünyanın bir çox ölkələrindən tədbirə qonaqlar dəvət olunub Dünyanın bir çox ölkələrindən tədbirə qonaqlar dəvət olunub

Mənsum İbrahimov Vyanada konsert verəcək

Dünyanın bir çox ölkələrindən tədbirə qonaqlar dəvət olunub

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov Vyanaya gedib.

Bu barədə AzNews.az-a müğənninin özü məlumat verib.

Xanəndə bildirib ki, iyunun 19-da Vyanada tolerantlıqla baglı beynəlxalq konfrans keçiriləcək:

“Tədbir kralın sarayında baş tutacaq. Dünyanın bir çox ölkələrindən tədbirə qonaqlar dəvət olunub. Azərbaycandan isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, komitə sədrləri, millət vəkilləri və dövlət rəsmiləri qatılıb. Tədbirdən sonra mənim rəhbərlik etdiyim “Qarabağ” muğam qrupunun iştirakı ilə böyük bir konsert proqramı nəzərdə tutulub”.

Bahar RÜSTƏMLİ

AzNews.az