- Mədəni adam
- 19 Noyabr 2020 12:00
- 9 380
Ermənilər Bülbülün ev-muzeyini dağıtdılar
Onun ev-muzeyi əvvəllər Şuşada bir mədəniyyət və sənət mərkəzi idi
Ermənilər Şuşada Bülbülün ev-muzeyini dağıdıb.
AzNews.az xəbər verir ki, bu haqda Mədəniyyət Nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “Twitter”də yazıb.
"Bu ermənilərin Azərbaycanın məşhur opera müğənnisi Bülbülün ev muzeyinə qarşı etdikləridir. Onun ev-muzeyi əvvəllər Şuşada bir mədəniyyət və sənət mərkəzi idi. Biz Azərbaycanın mədəniyyət beşiyi olan Şuşaya özünün keçmiş şöhrətini qaytaracağıq”.
Səidə
AzNews.az