Alen Delon vəfat edib

Məşhur Fransız aktyoru, rejissor, prodüser, ssenarist olan Alen Delon vəfat edib.

Aznews.az xəbər verir ki, aktyorun 88 yaşında Fransanın Duşi kommunasındakı evində uşaqları və ailəsi əhatəsində dünyasını dəyişdiyi qeyd edilir.

1935-ci ildə dünyaya gələn Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.