- Mədəni adam
- 12:19
- 1 177
İlin ilk "Solo gənclik" tədbiri keçirilib
11.01.2025 "İrəli" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə ilin ilk "Solo gənclik" tədbiri Qara Qarayevin ev muzeyində keçirilib. Proqram Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı, gənc bəstəkar-pianoçu, ifaçı Aydan Əliyevanın yaradıcılığı ilə bağlı olub.
Tədbirdə gənc bəstəkarın əsərləri səslənmiş, iştirak edənlərlə bəstəkar arasında maraqlı diskussiya, müzakirələr olunub.
Aydan Əliyeva Fortepiano üçün bəstələdiyi 2 prelud, Qarabağ Simfonik Poemasından - Şuşa Cıdır düzü səhəri pyesi (klavir) fortepianoda ifa edərək zalda əyləşənləri valeh edib. Bundan başqa ənənəvi olaraq konsertin Qarayev muzeyində keçirilməsi ilə əlaqədar Aydan Əliyeva görkəmli bəstəkarın fortepiano üçün yazdığı 24 prelud dəftərindən ll preludunu ifa edib.
Eyni zamanda Aydan Əliyeva bəstələdiyi "Bir də o yağışdan yağmayacaq" (söz : Kəmalə Abıyeva), Küləklər (söz: Əli Qafarlı), Çağırdım (söz : Tural Məmmədov, Aydan Əliyeva) adlı mahnılarını fortepianoda ifa edərək, oxumuşdur. Tədbirdə Məşhur mahnıların söz müəllifi Kəmalə Abıyeva, Xalq artisti Gülyaz Məmmədova, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi, Musiqişünas Səadət Təhmirazqızı gənc bəstəkar haqqında fikirlər söyləmiş və yaradıcılığını təqdir ediblər.
Solo-gənclik tədbirində Aydan Əliyeva Ramiz Rövşənin "Dünya" şeirinə yazdığı eyni adlı mahnısını da xalq artisti Gülyaz Məmmədova ilə birlikdə ifa edib.
Aydan Əliyevaya yaradıcılıqında uğurlar arzu edir, daha çox nailiyyətlər əldə etməsini arzu edirik!