"Alleqoriya" incəsənəti insanlara yaxınlaşdırır: Yeni sərgi fevralın 27-də açılacaq

“Alleqoriya” incəsənət platforması bir ildən sonra yenidən sərgi təşkil edərək gəncləri incəsənətlə görüşdürür.

Yerli rəssamlara dəstək olmaq, gənclərin incəsənətə marağını artırmaq üçün fəaliyyət göstərən “Alleqoriya” ötən ilin aprelində Bakı Dövlət Universitetində təşkil etdiyi rəsm sərgisindən sonra yenidən rəsm sərgisi keçirəcək.

"Sözlərdən rənglərə" adlı sərgidə əsasən bədii ədəbiyyatdan ilhamlanaraq çəkilmiş əsərlər sərgilənəcək. Platformadan bildirilib ki, budəfəki sərgimiz “XG” kafedə keçiriləcək.

“İncəsənət yalnız uzaq sərgi salonlarında deyil, insanların gündəlik həyatında da olmalıdır. İlk sərgimizdən sonra da gördük ki, yaradıcı insanların işlərini daha çox insana çatdırmaq vacibdir. Buna görə də sərgiləri geniş kütlənin ziyarət etdiyi məkanlarda təşkil etməyə qərar verdik. İnanırıq ki, insanlar incəsənətə nə qədər yaxın olsalar, maraqları da bir o qədər artar”, - deyə, “Alleqoriya” platformasından bilirilib.

Qeyd edək ki, sərgi fevralın 27-də açılacaq və əsərlər bir ay boyunca sərgilənəcək.

İncəsənətin inkişafı, rəssamlara dəstək üçün media nümayəndələri də sərgiyə dəvətlidir.

AzNews.az