Kukla Teatrının mətbuat katibi işdən çıxdı

Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova teatrdakı fəaliyyətini dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Həmidə Rüstəmova sosial şəbəkə hesabında yazıb.

"İstəməsəm də, qərar vermək məcburiyyətində qaldım. İllərdir Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" qəzeti ilə paralel, Azərbaycan Dövlət Kukla Teatrında da çalışırdım. Qəzet rəhbərliyi teatrdakı işimi əsas gətirərək redaksiyada aparılacaq ixtisar siyahısında mənim də adımın olduğunu bildirdi.

Mən də seçim etmək məcburiyyətində qaldım. Doğma evimə, ocağıma çevrilmiş Azərbaycan Dövlət Kukla Teatrı ilə yollarımı ayırdım", - o qeyd edib.

Qeyd edək ki, Həmidə Rüstəmova 11 il Azərbaycan Dövlət Kukla Teatrında çalışıb.

AzNews.az