“Kurdlar vadisi" serialının rejissoru Osman Sınav vəfat edib

Türkiyəli məşhur rejissor Osman Sınav 69 yaşında vəfat edib.

Aznews.az NTV-yə istinadən xəbər verir ki, rejissor xərçəngdən əziyyət çəkirdi.

Qeyd edək ki, Osman Sınav "Kurdlar vadisi", "Deli yürek", "Acı heyat" kimi məşhur serialların rejissordur.

AzNews.az