Amerikalı aktyor Riçard Çemberlen 90 yaşında vəfat edib

Şoqun və Tikanlı quşlar serialındakı rolları ilə tanınan amerikalı aktyor Riçard Çemberlen 90 yaşında vəfat edib.

Çemberlenin ölümünü Variety jurnalına publisist Harlan Bal təsdiqləyib.

Aktyor şənbə günü, martın 29-da Havay vaxtı ilə saat 23:15-də Havay adalarının Vaimanalo şəhərində vəfat edib", - nəşr yazır.

Bildirilib ki, aktyor insult keçirdikdən sonra ağırlaşmalardan dünyasını dəyişib.

Çemberlen 1960-cı illərin "Dr. Kildare" tibbi dramında şöhrət qazanmışdı və daha sonra mini serialların ulduzu olub. O, "Tikanlı quşlar" romanının film adaptasiyasındakı iddialı avstraliyalı keşiş roluna görə şöhrət qazanıb.

Mövsüm

Aznews.az