- Mahal
- 8 İyun 2020 20:05
- 6 465
Göyçayda bazardakı yanğın söndürülüb
Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir
Göyçay rayonunda bazarda baş verən yanğın söndürülüb.
Azews.az xəbər verir ki, alovun qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Qeyd edək ki, bu gün saat 17:00 radələrində bazarda yerləşən geyim əşyaları mağazalarının və meyvə-tərəvəz mallarının satışı piştaxtalarının olduğu ərazidə yanğın baş verib.
Hazırda sahibkarlara dəymiş ziyanın məbləği araşdırlır.
Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.