İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün dövlət büdcəsindən 2.2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün dövlət büdcəsindən 2.2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur
  • Mahal
  • 21 Dekabr 2020 14:45
  •  4 649

Qarabağa 2.2 milyard manat ayrılır

İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün dövlət büdcəsindən 2.2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur

Azərbaycanda 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsaitin məbləği açqlanıb.

Məlumata görə, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün dövlət büdcəsindən 2.2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

İşğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. (Trend)

AzNews.az