- Mahal
- 6 May 2022 11:58
- 7 241
Bu bulağın suyundan içən 4 xanım bir quzunu yesə də, doymur - İLGİNC CƏNUB TURU
Sizə hardan deyim, nədən danışım, cənub bölgəmizdən, oranın göz bəzəyən, könül oxşayan mənzərələrindən və turizmindən...
Məsəl var, deyirlər ki, səyahət kimi dünyaya gözünüzü açan və üfüqlərinizi genişləndirən heç bir şey yoxdur. Xüsusilə, yorğun iş həftəsindən sonra qayğılardan uzaqlaşmaq, özünüzə tətil hədiyyə etmək istəsəniz, qışı ayrı, yazı ayrı gözəl cənub diyarımızı seçə bilərsiniz.
Biz də “Konstitusiya” Araşdırmalar Fondunun təşkilatçılığı ilə Lənkəran, Astara, Lerik, Masallı rayonlarına doğru yol alırıq. Oraların turizm bölgələrini gəzərək adlarını çəkdiyim yerlərdəki yenilikləri, ən maraqlı istirahət guşələrini, gecələmədən tutmuş mətbəxinədək hər şeyi öyrənmək üçün cənub bölgəsinə üz tuturuq.
İlk istiqamət Lənkəran! Cənub insanının qonaqpərvərliyi və zəngin mətbəxi barədə məlumatlı olsam da, Lənkərana öncəki səfərlərimdə ancaq iş üçün getdiyimdən gecələmək, insanları ilə ünsiyyət qurmaq imkanım olmamışdı. Budur, çatdıq. Bizi Lənkəran mətbəxinin ləziz təamları ilə zəngin bir süfrə qarşılayır. Nə yalan deyim, bəzi yeməkləri ilk dəfə görürdüm. Elə ona görə də soruşur, maraqlanırdım. Əvvəla onu deyim ki, cənub bölgəsində xidmət sektoru çox inkişaf edib. Kiçik çay evindən, ən yaxşı restoranlara qədər istər ofisiantlar, istər restoran sahibləri müştəri ilə mehriban danışırlar. Nənələrimiz demiş, müştərilərlə can deyib, can eşidirlər. Gələn turistlərə sevə-sevə təqdim etdikləri yeməklər haqqında məlumat da verirlər. Qiymətlər isə digər turistik yerlərə görə çox münasibdir.
Növbəti dayanacaq Astara!
Səhər tezdən yolumuz Azərbaycanın dilbər guşəsi olan Astarayadır. Ağköpüsü, Sımı, Kijəbəsi, tarixi ləmləri ilə məşhur olan Astaraya...
Gəzdikcə görürsən ki, Astara həqiqətən Azərbaycanın cənub mirvarisidir. Bunu bircə dəfə Astaraya yolu düşən o saat anlayır. Elə mənim kimi...
Lənkərandan Astaraya gedərkən dağların ətəyində, yaşıllıqlar içində qırmızı kərpicdən tikilmiş səliqəli evlər, tarixi yerli binalar, yola boylanan gülərüz insanları görürük. Sözün düzü, buranı bircə dəfə dekabrda yolüstü görəndə təəccüb keçirmişdim, desəm, mübaliğə etmərəm. Çünki o vaxtadək elə bilirdim, o fotolar montaj olur.
...Qırmızı, sarılı, rəngarəng yarpaqların qoynunda elə gözəl görünürdü ki... Deyirdilər, hələ bu nədir, sən Astaranı yayda görəsən. Yolboyu bunu düşünürdüm. Sım kəndinə getmək üçün avtobusu dəyişib, yol üçün daha əlverişli kiçik “UAZ” markalı maşına mindik.
Budur, Sım kəndi, Bal qayası...
- Ən gözəl dilbər guşə məskəni olan, mən deyərdim, cənub bölgəsinin ürəyi, gözü olan doğma Sım kəndindəsiniz. Xoş gəlmisiniz! – deyə doğma bir səs bizi salamlayır.
Əslində Pərviz bəyin timsalında bütün cənub adamının qonaqpərvərliyini görmək olur. Sanki Sımı bizə deyil, dünyaya tanıdır. Sözün düzü, istər gözəlliyi, istər təbiəti dünyanın əksər səfalı yerləri ilə rəqabətə iddialı yerdir.
Pərviz bəy burada kiçik cənnət qurub və deyir ki, Sım kəndi tarixinə, insanlarına görə ən seçilən, nümunəvi kəndlərdən biridir. Bu kənd haqqında saatlarla danışsam, qurtarmaz. Sözünə davam edir:
- Qarşınızda duran, bax, o dağın zirvəsində mağara var. Qış fəslində o mağarada adam tərləyir, yayda isə donur, bir növ “kondisioner” rolunu oynayır. 83 bulaq, kənddaxili 12 qəbiristianlığı olan bu kəndin tarixi Nuh peyğəmbərin dövrünə gedir çıxır.
- Biz də gedə bilərik oralara?
- Əlbəttə! Ziyarətçilər dağlara, şəlalələrə və qədim yerlərə turlarla gedə bilərlər. Qadınlar üçün qadın bələdçilərin olduğu turlar da təşkil edilir. Bura həm yerli, həm də xarici turistlər gəlir. O qədər xoşlarına gəlir ki, iki günlük gələn deyir, yenə qalıram, getmək istəmir. Burada aqroturizm üçün əlverişli şərait, meşə içində evlər var. Qarşılama mərkəzi, 8 otaq, 8 qonaq evi fəaliyyət göstərir. Burada gecələmək istəyənlərə 1 gün 50 AZN-ə başa gəlir.
Davud peyğəmbərin vaxtından qalmış dəmirçilik sənəti məhz bizim Sım kəndində davam etdirilir deyir, Pərviz bəy. Amma əvvəlcə məsləhət görür ki, Sımın ləzzətli çayından içək. Deyir, Sıma gələn, mütləq buranın ləzzətli çaylarından içməlidir ki, yorğunluğu çıxsın:
- Dərman mənşəli, dağ otlarından yığılıb, günəş dəyməyən yerdə qurudulan bu çaylar min bir dərdə dərmandır. Bu çay elə hazırlanır ki, təzyiqi nə aşağı salır, nə də yüksəldir. Sım çayı umac halvası, zeyrən kimi təbii şirniyyatlarla verilir. Bu umac halvasının Bakıda bişən halvadan fərqi odur ki, qoz ləpəsi çox istifadə edilir. Ramazan ayında 30 gün ərzində hazırlanır, qalan vaxtlarda isə turistlər üçün sifarişlə edilir.Yeməyi turist özü də hazırlaya bilər, müəssisə də...
Çayımızı içib, dəmirçixanaya baş çəkirik. Pərviz Salayevin qardaşı Təhmasib Salayev əsasən dəmirçiliklə məşğul olur. Azərbaycanda “kürük” sistemi ilə işləyən yeganə dəmirçilik sistemi də məhz burada yerləşir. Kənd təsərrüfatında lazım olan bütün alətlər burada hazırlanır.
Pərviz bəy söhbətimizin sonunda söyləyir ki, onların kəndində demək olar ki, bütün insanlar oxumalı, ziyalı olmalıdır, bu, irsidir.
Xoş təəssüratlarla sağollaşırıq. Deyərdim ki, Astaraya gedib, Sım kəndində çay içsəniz, özünüzə böyük yaxşılıq etmiş olarsınız.
İndi isə Astaranın Səncərədi kəndinə, “Yaşıl göl” istirahət mərkəzinə gedirik. Təbiət sevərlər, göldə gəzintiyə çıxmaq, balıq tutmaq istəyənlər bu məkanı çox sevəcək. Ərazisi 4 hektar olan turizm müəssisəsinin sahibi Tələt Həbibovdur. Məkanda turistlərin istirahəti üçün hər cür şərait yaradılıb. Burada qalanlar üçün qayıqdan istifadə pulsuzdur. Balığın kilosu 10 manatdır. İstəsəniz göldən özünüz də tuta bilərsiniz. Bişirilir, hazır verilir.
Müəssisənin restoranında dadlı balıqla yanaşı, digər kənd yeməkləri də verilir.
Bir tərəfi göl mənzərəsi olan müəssisəni böyük bağ əhatə edir. Burada feyxoa, mandarin, limon, düyü var. Gəzə-gəzə meyvələrdən dərib yeyə, hətta istəsəniz alıb apara bilərsiniz.
Gecələmək istəyənlər üçün 2, 3, 5 nəfərlik 3 kotec fəaliyyət göstərir. 5 nəfərlik kotecin qiyməti səhər yeməyi ilə birlikdə 100 AZN, 3 nəfərlik 60 AZN, 2 nəfərlik isə 50 AZN-dir.
Yolumuz Kijəbə qəsəbəsinədir.
Dəniz kənarında səliqəli bir məkan görürük. Müasir dizayna malik obyekt ağ və mavi çalarlarla insanın zövqünü oxşayır.
“Balıqçı Abi” adlanan bu məkan 600 metr dəniz sahili, voleybol meydançası, dəniz kənarında avtodayanacaq və futbol meydançasından ibarətdir. Bizi müəssisənin rəhbəri Abi Ağayev qarşılayır. Müflis olduqdan sonra turizm sahəsini seçən Ağayev çayın kənarında səfalı bir yerdə ailəsi ilə birlikdə işləyib, toyuq-cücə, balıq saxlayaraq işə başlayır.
İlk olaraq yol düzəldilir, dostların köməyi ilə məkan tam hazır olur. Müəssisə iki yemək – balıq və çolpa ilə brend olur. Yeməkləri həyat yoldaşı bişirir. Abi deyir ki, talış xörəklərini gərək talış qızı bişirsin. Çünki qəliz yeməklərdir. Çay süfrəsində söhbətinə davam edir: Biz milli yeməklərimizlə başladıq, xüsusilə paytaxtımız, cənub bölgəsinin mərkəzi Lənkəran bizə dəstək verdi. Qısa müddətdə ailə qonaqlarımız çoxaldı. Həmin vaxt çoxlu borclarım vardı. Sonra bir layihənin köməyi ilə şəbəkə etmək təklif olundu. Bu, 2-ci məkandır, 3-cü şəbəkə isə Qamışoba kəndində hazırda tikilməkdə olan 3 mərtəbəli binadır. Üçüncü mərtəbədə açıq restoranda dağ və dəniz görüntüsü olacaq.
Burada qonaqlama üçün təxminən 200 yer var. Koteclərdə gecələmə təxminən 100 manat olacaq, neçə nəfər istəsə, qala bilər. O vaxtlar xarici turistləri qəbul etmək gücündə olmayan “Balıqçı abi” bu ildən qonaqların sevimli məkanına çevriləcək.
Biz də samovar çayı ilə ev bişimi ləzzətli paxlavaların dadına baxıb, Lənkərana qayıdırıq. Axşama doğru hava soyuyur. Böyük bağ sahəsi bizi qarşılayır.
“Citrus Valley” adlanan turizm müəssisəsindəyik. Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən, ərazisi 15 hektar olan turizm müəssisəsinin sahibi Rəftarə Şükürovadır. Bağçılıqda sahibkar xanım görmək, düzü həm qürur hissi, həm də təəccüb doğurur. Uşaqlıqdan təbiət vurğunu olduğundan Rəftarə xanım bu bağı özü idarə etmək qərarına gəlir. Deyir, bağçılığa sevgi olduğundan başlamaq çətin olmadı. 15 ildir fəaliyyət göstərən meyvə bağı aqroturizmə Avropa İttifaqının layihəsindən gələn təkliflə 3 ildir başlayıb.
Pandemiyayada durğunluq olsa da, artıq bu payızdan müəssisə həm yerli, həm də xarici qonaqları qəbul edir. Rəftarə xanım ərazini bizimlə gəzir, məlumat verir. Burada turşu, cem, mürəbbə bağın meyvələrindən hazırlanır. “Citrus Valley” kompotlarına isə bir çox yerlərdə rast gələ bilərsiniz. Kompotlar əsasən Rusiyaya ixrac edilir. Meyvələrin 90 faizi xarici bazara çıxır.
Müəssisənin ərazisi iki tərəfdən göl və dərə ilə həmsərhəddir. 6 hektar feyxoa, 3 hektar yarım kivi, gilas və albalı ağacları, göycə alçası, yeni salınan 3 hektara yaxın qarışıq sitrus meyvələri, 7 arı evi və 100 toyuq var.
Girişə beşcə manat ödəməklə ərazini gəzə, ağaclardan meyvə dərib yeyə, həm də çay süfrəsinə qonaq ola bilərsiniz.
Təsərrüfatda ilboyu yerli qadınlar işləyir. Müəssisədə 35-50 qonaq qəbul etmək imkanı var. Piknik yeri, toyuqları bəsləmək, atla yürüş, istək üzərinə yemək sifarişi də mümkündür.
Dadlı yeməklərdən yeyib, mərkəzə qayıdırıq.
Səhər tezdən Lənkəranla sağollaşıb, uca dağların qoynuna, meşələr, yaşıllıqlar diyarı Lerikə, Piran kəndinə yola düşürük.
“Bal süfrəsi”nin qonağıyıq. Düzü, başımızın üstündə gəzişən arılar adamı ilk baxışdan ürkütsə də, ciddi təhlükə yoxdur demək olar.
Ərazisi 3 hektar olan turizm müəssisəsinin sahibi Mahir Sürətovdur. Burada arıçılıq təsərrüfatı fəaliyyət göstərir, keçi saxlanılır və keçi əti, keçi südü, keçi pendiri istehsal edilir.
Arıçılıq təsərrüfatına 2 arı yeşiyi ilə başlayan Mahir Sürətov 25 ildir bu peşə ilə məşğuldur. Artıq 100-dən çox arı ailəsi var. O deyir ki, əsas məqsəd bal məhsulunu artırmaqdır. Bu il 5 kq alan gələn il 10kq alır. Müəssisə əsasən bal satışı edir. Balın qiyməti 25-30 manatdır. Əsasən rayonda satıldığından son illər Bakıya yarmarkaya aparılmır.
Müəssisənin ərazisində bir neçə şəxsi ev var. Burada ümumilikdə 9 otaq, 3 qonaq evi fəaliyyət göstərir.
Arıçı Lerik balının fərqindən, ləzzətindən danışır, həm də əyani bal süfrəsinə qonaq edir. Düzü, bal sevməsəm də, bağda açıq havada çayla dadına baxdım. Belə başa düşdüm ki, balın şanı daha ləzzətliymiş. Həqiqətən də uzunömürlülər diyarı Lerik balı çox dadlı və fərqlidir. Fərqi belə izah edilir ki, burada təbiət, ağac, ot örtüyü, çiçəklərin keyfiyyəti rol oynayır. Lerik bağı həm də flora, faunasına görə digər yerlərdən seçilir. Bəlkə də baldakı ləzzət suya görədir, bu balda olan mikroelementlər digər rayonlarda olan bala görə fərqlənir.
Sonda yeşik açılır və zəhmətkeş arıları görürük. Allahdan bizi dost bilib, toxunmurlar. “Səfalı Göl” ü görmək, göl kənarında nahar üçün Bilnə kəndinə yola düşürük.
Bizi meşə içərisində göl, çay qarşılayır. Bu məkanı sevənlər artıq bu ildən ilin 4 fəsli istədiyi vaxt bura gələ, təbiət qoynunda, göl kənarında müxtəlif mətbəxlərin təamlarını yeyə, hər iki gölün ətrafında gəzişə, burada gecələyə, qədim insanların yaşadığı Büzeyir qalasına turla gedə bilərlər. Deyirlər, Bülüdül kəndində mineral su var ki, o sudan içib, xanımlar 4 nəfərə bir quzunu yeyər, amma yedikcə acar.
Yemək demişkən, məkanda elə aşpaz seçilib ki, o, cənub mətbəxi ilə yanaşı, Avropa, Asiya mətbəxindən də təamlar hazırlayır. Buna səbəb bu məkanın xarici turistlərinin də olmasıdır. Burada gecələyənlər eyni zamanda istəyə uyğun özü manqal, samovar hazırlaya da bilər.
Gecələməyə gəlincə, 2 yataq otağı və salondan ibarət 4 kotec var. Koteclərin qiyməti səhər yeməyi daxil 50 AZN-dən (mövsümə uyğun) başlayır. Onu da deyim ki, Lerikdəndir, ya bu məkandan bilmirəm, ət olduqca ləzzətli idi.
Nəhayət, Masallıya yola düşürük. Masallıya da ilk səfərimdir. İlk olaraq misgərlik sənətinin sirlərini öyrənmək üçün misgər Taleh Ağayevin yanına, Boradigah qəsəbəsinə yollanırıq. O, həqiqətən işinə vurğun adamdır.
Atası ailəsinin tələbatını bu sənətlə ödəyib və misgərliyin sirlərini övladlarına da öyrədib. Sonradan digər qardaşları bu sənətdən uzaqlaşsa da, Taleh bəy 35 ildir ata sənətini davam etdirir. O deyir ki, demək olar, heç bir gənc bu peşəni öyrənməyə maraqlı deyil. Bir-iki dəfə gələn olsa da, davam etməyiblər. Emalatxanada misdən qazan, tava, teşt, samovar, hədiyyəlik kiçik əşyalar və digər qablar hazırlanır. Qazanc daha çox samovar və mis qazan satışından olur. Usta deyir ki, hazırladığı ən bahalı əşya mis samovar dəstidir ki, bu da 1000-1200 manat təşkil edir. Burada həm də samovarlar təmir edilir. Misdən hazırlanmış naxışlı samovarların qiyməti isə 800-1000manat arası dəyişir. İnsan üzü həkk edilən xüsusi qablar satılır ki, hazırlanması 2 gün vaxt alır. Qiyməti, ortalama 200 manatdır.
Dövrün dəyişməsinə baxmayaraq, buranın müştəriləri daha da artır, yerli əhali ilə yanaşı, turistlər də gəlir. Qonaqlar daha çox misdən hazırlanan kiçik hədiyyələrə üstünlük verirlər.
...Həəə, dərə-təpə düz gedib məşhur Ərkivan qəsəbəsinə yollanırıq.
Ərazisi 8 hektar olan “Obal” turizm müəssisəsinin sahibi Qönçə Quliyevadır. Müəssisədə əsasən arıçılıqla məşğul olurlar. Ərazidə 1000 meyvə ağacı (alma, feyxoa, qoz, limon, alça, nar, mandarin, naringi), 200 arı evi, inək, barama üçün 2000 tut fidanı var.
40 ilə yaxındır ki, arıçılıqla məşğul olan Qönçə xanım deyir ki, qadın olduğu üçün bu iş heç vaxt ona çətinlik yaratmayıb. Çünki bu peşə onlarda nəsildən-nəslə ötürülüb. Hazırda 7 qardaşı və qızlar hara gedibsə, arıçıdırlar. İndi övladları da onunla birgə işləyir. O vaxt gəlin köçəndə atası ona cehiz olaraq 2 arı pətəyi verib. Onu artırıb, sayını 200 edib. İndi həm arı, həm də ana arıların satışını həyata keçirirlər. Yeşiklə birlikdə qiyməti 300 manat, yeşiksiz ana arı 250, pöhrələr 70-80 manatdır. Ölən və ya zəifləyən arıları müəyyən etmək üçün yeşiklərin üzərinə işarələr vurulur. Balın kilosu isə 30 manatdır.
Arıçı söyləyir, əslində arı kənddən nə qədər kənar olsa, bir o qədər yaxşıdır. Heyvanlardan, insanlardan, kənddən 1 km aralı olmalıdır. Ərkivanla müəssisə arasında da 1 km məsafə var.
İlk yarmarkanın iştirakçısı da Qönçə xanım olub. 22 il balı yarmarkaya çıxarsa da, müştəri çox olduğu üçün 1 ilə hamısı satılır. Amma artıq arı ailəsi artdığı üçün xarici bazara çıxarmağı da düşünürlər.
Müəssisədə turistlərin qəbulu üçün hər cür şərait, 3 yataq otağı, 2 qonaq evi var. Təsərrüfatda ov və balıq ovu ilə məşğul olmaq olar.
Biz də təbii məhsullardan, bağdan yetişən meyvələrdən yeyib, Bakıya qayıdırıq.
İstər təbiətinin gözəlliyi, istərsə də qiymətlərin münasibliyinə görə bu yay görməli yerlər siyahısına cənub diyarımızı da əlavə etsəniz, peşiman olmazsınız.