• Mahal
  • 27 İyun 21:04
  •  3 202

İcra başçısı sürüşmə zonasına baş çəkdi

Son günlər yağan aramsız yağışlar nəticəsində İsmayıllı rayonunun Qoydan kəndi ərazisində sürüşmə baş verib.

Məsələ ilə əlaqədar RİH başçısı Nahid Bağırov, RİH-nin məsul əməkdaşları Rayon Fövqəladə Hallar Komisiyası ilə birgə Qoydan kəndində baş vermiş sürüşmə zonasına baş çəkib, dəymiş ziyanla bağlı kənd sakinləri ilə görüşüb.

Rayon rəhbəri hər bir kənd sakinini həssaslıqla dinləyərək, problemlərin operativ həlli üçün aidiyyatı dövlət qrumlarına tapşırıqlar verib.

Məlumat üçün bildirək ki, sürüşmə zonasında iki fərdi yaşayış evinə təhlükə yarandığı üçün iki ailənin köçürülməsi artıq təmin edilib. Onlar eyni kəndə yaşayan qohumlarının evində müvəqqəti yerləşdirlib.

Kənd daxili yollarda hərəkətin bərpası, eləcə də kəndlə rayon mərkəzini birləşdirən avtomobil yollarında nəqliyyatın maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

Həmçinin kənd əhalisi İsmayıllı Rayon Publik Hüquqi Şəxsi tərəfindən ilkin tibbi yardım üçün dərman vasitələri ilə təmin edilib.