• Mahal
  • 17 Sentyabr 11:48
  •  2 377

Qarabağ Universiteti: Tələbələrin Xankəndiyə gəlişi sentyabrın 22-dək davam edəcək

Qarabağ Universitetinin tələbələrinin Xankəndiyə gəlişi sentyabrın 22-dək davam edəcək.

Bu barədə universitet məlumat yayıb.

Qeyd olunub ki, tələbələrin Xankəndiyə gəliş prosesi artıq başlayıb: "Ötən gündən tələbələrin işçi qrupu tərəfindən qeydiyyatı və yataqxanaya yerləşdirilməsi prosesi həyata keçirilir. Bundan əlavə, tələbələrin Xankəndi şəhəri və universitetlə tanışlığı üçün infotur təşkil olunub. Tələbələrin Xankəndiyə gəliş prosesi mərhələli şəkildə sentyabrın 22-dək davam edəcək".