• Mahal
  • 21 Sentyabr 22:27
  •  5 221

Şuşada mikroavtobus aşıb, xəsarət alanlar var

Şuşada ağır yol qəzası olub.

“Report”un Qarabağ Bürosunun məlumatına görə, mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 6-sı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xankəndi şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şuşa rayon Polis Şöbəsində araşdırma aparılır.