• Mahal
  • 10 Oktyabr 20:24
  •  848

Sabirabadda əmək yarmarkası keçirilib

Sabirabadda Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialı tərəfindən əmək yarmarkası keçirilib.

Aznews.az xəbər verir ki, əmək yarmarkası Sabirabad şəhəri Mədəniyyət Mərkəzinin binasında baş tutub.

İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə 100-dən çox boş iş yerləri (əməkhaqqı 345-1500 manat aralığında) təqdim olunub.

İşsiz və işaxtaran şəxslər işəgötürənlərin masalarına yaxınlaşaraq vakansiyalarla yaxından tanış olub, CV-lərini təqdim ediblər.