- Mahal
- 12 Oktyabr 14:17
- 1 788
Qubada su borusu partlayıb, yolda hərəkət çətinləşib
Qubada su borusunun partlaması yolda hərəkəti çətinləşdirib.
AzNews.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayımlanıb.
Qeyd olunub ki, hadisə Qubanın Küsnətqazma kəndində baş verib. Belə ki, su borusunun partlaması nəticəsində yaranan fontan sürücülərin yolu görməsinə əngəl törədərək, hərəkəti çətinləşdirib.