• Mahal
  • 1 Noyabr 21:48
  •  3 167

Şabranda bıçaqla oynayan azyaşlı ehtiyatsızlıqdan ölüb

Şabran rayonunda bədbəxt hadisə baş verib.

Aznews.az xəbər verir ki, rayonun Padar kənd sakini, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.

Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.