- Mahal
- 18 Yanvar 19:15
- 1 960
İmişlidə qəza: Ölən uşaqlar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50-də İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
33 yaşlı kişi və 10 yaşlı qıza ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.
İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.
Bu barədə Lent.az saytı mənbələrinə istinadən xəbər yayıb.
Qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyəti ağır olduğu bildirilir.
AzNews.az