- Mahal
- 13:35
- 1 327
Qubada yeni meteoroloji dopler radar quraşdırılıb
Quba rayonunun II Nügədi kəndi ərazisində yeni meteoroloji dopler radar quraşdırılıb.
Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis muavini Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, Erkən Xəbərdarlıq Sisteminin vacib elementi olan dopler hava radarı atmosfer proseslərini izləməyə, erkən xəbərdarlıqların hazırlanmağa, eyni zamanda 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı bir neçə saat öncədən məlumat almağa imkan verəcək.
"Bundan başqa, dopler radar vasitəsilə Böyük Qafqazın cənub-şərq yamacı çaylarında baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar da tərtib ediləcək”, - G.Abbasova deyib.
Xidmət rəisinin muavini vurğulayıb ki, radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.
Qeyd edək ki, Quba rayonu ərazisində yeni quraşdırılan meteoroloji dopler radarın açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib.
Aznews.az