Laçından faciəli xəbər gəldi - ÖLƏN VAR

Laçında yük maşını aşıb.

Hadisə dünən gecə saatlarında rayonunun Pircahan kəndi ərazisində baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Aslan Nağızadənin idarə etdiyi “Howo” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

AzNews.az