Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Tağıyev dəfn edilib - YENİLƏNİB

İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən Qubad oğlu Tağıyevlə Salyan rayonu Seyidsadıqlı kəndində keçirilən vida mərasimi başa çatıb.

Şəhidin nəşi Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elşən Qubad oğlu Tağıyev 1971-ci ildə Salyan rayonunun Seyidsadıqlı kəndində anadan olub. O, 1993 cü il yanvarın 4-də Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində itkin düşüb.

E.Tağıyev Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaq.

AzNews.az