- Mahal
- 9 Fevral 13:23
- 3 206
Balakəndə betonqarışdıran maşın aşıb

Balakəndə betonqarışdıran maşın aşıb, ölən var.
Fevralın 8-də saat 13 radələrində rayonun Gərəkli kəndi ərazisində yerləşən Mazımqara yaşayış məntəqəsində “KamAZ” markalı betonqarışdıran nəqliyyat vasitəsinin sürücüsü 1956-cı il təvəllüdlü Fərzəliyev Əsgər Umar oğlu iş zamanı idarə etdiyi həmin nəqliyyat vasitəsini aşırıb.
Hadisə nəticəsində sürücü avtomobilin altında qalaraq dünyasını dəyişib.