Sabah Biləsuvarda 1200 abonentin qazı kəsiləcək

Sabah Biləsuvar şəhərinin bir hissəsi və iki kəndin qaz təchizatında fasilə olacaq.

Biləsuvar şəhər ərazisində Peşə liseyi məktəbinin qaz xəttinin mövcud mənbəyə qoşulması üçün H.Əliyev küçəsi, Upromxor, Təyyarə meydanı yaşayış massivi, Muğan və Yuxarı Ağalı kəndlərinin, ümumilikdə 1200 abonenetin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

AzNews.az