• Mahal
  • 18 Fevral 17:56
  •  2 275

Qəbələdən keçən dağ çaylarında selə qarşı mübarizə tədbirləri aparılır

Qəbələdən keçən dağ çaylarında selə qarşı mübarizə tədbirləri aparılır.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Qəbələ Su Meliorasiya sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarə tərəfindən rayon ərazisindən keçən Dəmiraparan, Həmzəlli, Bum, Tikanlı və Qara çaylarda texnikalar vasitəsi ilə məcra tənzimləmə işləri sürətlənib.

Çayların ən təhlükəli hissələrində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Güclü sel zamanı zərərin minimuma endirilməsi üçün çay sahilləri nəzarətdə saxlanılır. Qeyd olunub ki, hazırda Dəmiraparan çayında daş-beton bəndin cari təmir işi aparılır. Ötən il həmin bənddə 18 paqonometr, bu il isə davamı olaraq 250 kubmetr təmir işləri həyata keçirilir.