- Mahal
- 10:29
- 1 428
Ağcabədidə ötən gün baş verən qəzada ölənlərin sayı 6 nəfərə çatıb – YENİLƏNİB-3

Ağcabədi rayonunda dünən baş verən yol qəzasında ölənlərin sayı altı nəfərə çatıb.
Aznews.az xəbər verir ki, “Kia” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayev qəza zamanı zərbənin təsirindən yolun kənarına düşüb.
Onun meyiti sonradan tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb
28.02.2025 22:19
Ağcabədi rayonunda baş vermiş zəncirvari qəzada beş nəfər bədənin müxtəlif dərəcəli xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Aznews.az xəbər verir ki, hadisədə yaralananların kimliyi aşağıdakı kimidir:
1. Nəsirov Xəyal Asif oğlu, 1992-ci il təvəllüdlü.
2. Yusifli Tural İdris oğlu, 1992-ci il təvəllüdlü.
3. Umudzadə Akşin Elsevər oğlu, 1996-cı il təvəllüdlü.
4. Nurlan Qurbanov, 2000-ci il təvəllüdlü.
5. Əli Alişanov, 2000-ci il təvəllüdlü.
Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınmışdı.
21:15
Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub.
Bu barədə Aznews.az xəbər verir.
Məlumata görə, qəza nəticəsində keçinənlər 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğludur.
20:22
Ağcabədi rayonunda baş verən zəncirvari qəzada beş nəfər ölüb.
Aznews.az xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.
"Mercedes", "Kia" və "VAZ" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada "VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.