• Mahal
  • 3 Mart 19:20
  •  933

İmtahanda az bal topladı, özünü asdı

Yevlaxda 11 sinif şagirdi intihar edib.

Sfera.az xəbər verir ki, rayonun Qoyunbinəsi kəndində yaşayan 2008-ci il təvəllüdlü Rüfət Şirinli özünü yaşadığı evin həyətində asıb.

Qoyunbinəsi kənd icra nümayəndəsi Elxan Səfərov “Teleqraf”​a bildirib ki, şagirdin intiharına səbəb imtahanda az bal toplaması olub.

Onun sözlərinə görə, şagird Polis Akademiyasına qəbul olmaq istəyirdi: “İmtahanda 100-dən çox bal toplayıb. Təəssüf ki, az bal topladığına görə özünə qəsd edib. Ötən gün keçirilən buraxılış imtahanında istədiyi balı toplaya bilməyib.

Yaxşı uşaq idi, dərslərini də yaxşı oxuyurdu. Anası da müəllimdir. Ona ailəsindən heç bir təzyiq olmayıb. Ailədə iki qız, bir oğlan olublar”.

AzNews.az