- Mahal
- 9 Mart 10:18
- 2 412
DSMF filial müdirinin piyadanı vurması ilə bağlı açıqlama yayıb

Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov "Toyota" markalı avtomobili ilə piyadanı vuraraq öldürməkdə şübhəli bilinir.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu açıqlama yayıb.
Bildirilib ki, Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.
"Hadisədən dərhal sonra Tural Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb. Lakin təəssüf hissi ilə bildiririk ki, həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat edib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcəkdir", - qurumun mətbuat katibi Rəşad Mehdilinin "Facebook"da yaydığı açıqlamada deyilir.
AzNews.az