• Mahal
  • 22 Mart 15:12
  •  3 012

Gədəbəydə qar uçqununda həlak olmuş əsgər Bərdədə dəfn edilib

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə Bərdədə vida mərasimi keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular iştirak edib.

Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.

Qeyd edək ki, o, nişanlı olub, hərbi xidmətdən tərxis olunmasına 10 gün qalırdı.

Xatırladaq ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Rüstəm Ruslan oğlunun nəşləri aşkar edilib.

AzNews.az